Qurban kəsdi ümmət,
Zinətləndi cənnət,
Göydən yağdı rəhmət,
Qurban bayramında..
***
Bu gün örnəy oldu,
Ümmət həmrəy oldu,
Haqqə dəstəy oldu,
Qurban bayramında.
Hər insan gərək etsin qurban,
Əvvəl öz nəfsindən,sora versin ehsan.
İman ilə səd çəkə yollarına,
baxıb bu hallarına rəzil olsun şeytan.
Bu Qurban ki müsəlmanın bayramıdır
ən gözəl bayramıdır
Bu Qurban ki fəqirlərin əyyamıdır.
Qurbanda çox qəmli könüllər şad olur.
Qəlbimiz şad olur
Çünki o gün fəqir yetimlər yad olur.
Allah etdi ikram,
Etsin hamı bayram,
İzzət tapdı İslam,
Qurban bayramında.
Hər kəs çox çalışsın,
Allahdan danışsın,
Küsgünlər barışsın,
Qurban bayaramında.
İnsanlar bir birin sevsinlər əl ələ versinlər
Nurla dolsun dünya
Vəhdətlə cəm olub birlikdə Allaha üz tutsun
Gözəl olsun dünya
Söz : Amil Tovuzlu

0 Yorum