Seyyid Taleh

Seyyid Taleh – Ey Əlinin Allahı Şarkı Sözleri


Seyyid Taleh – Ey Əlinin Allahı Şarkı Sözleri

Munisim gedib əldən
Düşdü Fatimə dildən
Ey Əlinin Allahı

Fatimə həyalıydı
Sinəmin medalıydı
Qusl edən zaman gördüm
Sinəsi yaralıydı
Çıxdı sinəmin ahı
Ey Əlinin Allahı

Qarətə gedib bağlar
Yandı halıma dağlar
Yarımın fəraqında
4 balam qalıb ağlar
Dərdimin yox agahı
Ey Əlinin Allahı

Boş yerin görüb hər şəb
Vay ana deyər Zeynəb
Bağban gözün yumdu
Soldu güllərim ya Rəbb
Tapmıram o dilxahı
Ey Əlinin Allahı

Yari mehriban öldü
Fəxri insu can öldü
Qüssədən qocaldım mən
Fatimə cavan öldü
Batdı ismətin mahı
Ey Əlinin Allahı

Söz : Ustad Kəlami


0 Yorum

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir