Seyyid Taleh

Seyyid Taleh – Ey Analar Anası Şarkı Sözleri


Seyyid Taleh – Ey Analar Anası Şarkı Sözleri

Fatimə, Fatimə ey Peyğəmbər balası.
Həsənin Hüseynin ey mehriban Anası.

Ey Analar Anası.
Analar rəhnüması.

Sən nuru Müstəfa, həm ziyayi Mürtəza.
Ruzi həşridə Mömin xilası Fatimə.

Siddiqə, Tahirə, Mübarəkə, Zəkiyyə.
Raziyyə, Mərziyyə, din ziyası Fatimə
Xəlqi – aləm səbəbi Həzrəti – Zəhradə imiş,
İki dünya evinin zinəti Zəhradə imiş.

Çarə yox ümmətə gəlməzsə Qiyamət Xanımı,
Demə Məhşər gününün hörməti Zəhradə imiş.

Ey əmoğlu! Öz əlinlə mənə ver qüsl dedi,
Aləmin dərdi, qəmi, möhnəti Zəhradə imiş.

Etdi öz canını bir gün Şəhi – mərdanə fəda,
Neçə mərdanələrin qeyrəti Zəhradə imiş.

Tanrının şirinə tapşırdı Hüsenlə, Həsəni,
Analar mərhəməti, şəfqəti Zəhradə imiş.

İncə qəlbi ata hicranına tab eyləmədi,
Saleh övladlərin xiffəti Zəhradə imiş.

Ona gəl – gəl dedi Peyğəmbərmiz, vəqti yetib,
Ali dərgəhdə belə həsrəti – Zəhradə imiş.

Nabinalər dəxi naməhrəm idi ol pakə,
Yeddi yer, yeddi göyün isməti Zəhradə imiş.

Üzünün nurunu gördükdə mələklər çəkinər,
Xilqəti – həşti – Behişt hikməti Zəhradə imiş.

Ey könül tutisi, hər şəkkərə meyl eyləmə ki,
Mə`rifət məclisinin şərbəti Zəhradə imiş.

Xabi – qəflətdən oyan, Dahi, oyansın qələmin,
Şe`r dürdanəsinin qiyməti Zəhradə imiş.

Söz : Mərhum Ustad Hacı Yaşar Cahid
Qəzəl : Mirzə Dahi
Mus : Mərhum Ustad Hacı Yaşar Cahid


0 Comments

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir