Perviz Hüseyni

Perviz Hüseyni —| Ey Xuda Qismet ele Kerbübela İlahi Sözleri


Perviz Hüseyni —| Ey Xuda Qismet ele Kerbübela İlahi Sözleri

Ey Xuda bizlərədə qismət elə Kərbübəla
Qoy gedək hər nə qədər vardısa bu yoıda bəla -2

Eşq odurki eliyə aşiqi divanə kimi
Düş o çöllərdə dolan aşiqi məstanə kimi
Özüvü vur o yanan xeyməyə pərvanə kimi
Yanmasan həzrəti Zeynəb nə çəkib bilmərsən
O gecə heyəti Zeynəb nə çəkib bilmərsən

Ora bir yerdiki dünyanı ora qatmıyasan
Orda lay lay deyəsən Əsğərə heç yatmıyasan
Gözüvün yaşına dünya verələr satmıyasan
Çünki bu göz yaşıvın müştərisi Zəhradı
Xanımın verdiyi qiymət hər iki dünyadı

Deki gəldim Ağacan Əkbərivə qurbanəm
Boğazı yarə Əli Əsğərivə qurbanəm
Gözü oxlanmış ələm pərvərivə qurbanəm
De Ağa xeymələr otlandığı yerlər haradı
Bala qızlar alışıb yandığı yerlər haraadi

Bu o Məktəbdi müəllimləri Peyğəmbərdi
Bu o məktəbdi sütunu təməli Heydərdi
Bu o məktəbdi onun süd verəni Kosərdi
Bu o məktəbdi Şəhid verdi neçə qardaşıni
Bu o Məktəbdi ölüb zillətə əymib başıni

Söz: Elşən Xəzər


0 Comments

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir