Vusal Kederli – Ayri Ayri Yaşiyiriq Şarkı Sözleri


Vusal Kederli – Ayri Ayri Yaşiyiriq Şarkı Sözleri

Nəqarət
Biz Hələdə Ayrı Ayrı Yaşıyırıq,
Bəxtimizlə Barışmayaq Neyləyək.
Belə Yazılıb Taleyimiz Sevgilim,
Xəyallarda Qovuşmayaq Neyləyək.

1-ci Bənd
Biz Bir Ürəkdə iki Can Olmağa,
Çalışdıq Ancaq Bacarmadıq Nəsə.
Biz Nə Biləydiyki Sevgi Bağında,
Həsrət ilə Qəmli Küləklər Əsə.

Sevgi Ağır Dərtdi Sevgi Bəladır,
Sevgi Sevən İnsanı Şair Eliyir,
Bütün Şeirlər Ona Yazılır Ancaq.
Gördüyün Hər Şey Sənə Təsir Eliyir.

2-ci Bənd
Bir Aşiq Gecə Yatmaq Nədi Bilməz,
Təkliy Öyrədər Ona Sərxoşluğu.
Xatirələr Səhərə Qədər Məst Olar,
Badə Badə Dolar Könül Boşluğu.

Gözləri Yollarda Qalan Aşiqin,
Göz Yaşı Əksiy Olmaz Yanağınnan.
Hərdən Ümidsizliyə Qapılıb Gedər,
Arzular Ölü Tapılar Yatağınnan.

3-cü Bənd
Qəlbimi Yalnız Sənə Təslim Etdim,
Sənsə Atıb Getdin Ey Afət Məni.
Sən Gedəni Qəm Kədər Çəkirəm Mən,
Üzür Ayrılıq Məni, Həsrət Məni.

Leyli Məcnunun Olan Əfsanəsin,
Biz Yaşadıq Bizdə Həqiqət Oldu.
Neyləsəydə Qovuşa Bilmədiy Ama,
Sonda Ayrılıq Bizə Qismət Oldu.


0 Yorum

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir